HƏRBİ

Hərbi Hava Qüvvələrinin uçuş heyəti qarşıya qoyulan tapşırıqları uğurla icra edib

Müdafiə Nazirliyindən bildirilib ki, pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb
“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi
Təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.
Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.
“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi
Xatırladaq ki, iyunun 20-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimi başlayıb.
Qeyd olunub ki, təlimə Türkiyə Hava və Dəniz Qüvvələri ilə yanaşı, Azərbaycan, İngiltərə, İordaniya, Pakistan və NATO-dan olan hərbçilər qatılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.