BAKI, 23 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb. Bu barədə FHN-dən məlumat verilib.
Xəbərdə bildirilir ki, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Meşə yanğınları iyunun 21-dən başlayıb.
Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub.
Həmçinin 27 helikopter, 14 təyyarə və 2604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.