BAKI, 23 iyun — Sputnik. "Aİ rəhbərliyi avropalılara evlərini qızdırarkən temperaturu aşağı salmağı tövsiyə etmək əvəzinə bəyanatlarının hərarətini aşağı salmalıdır". TASS xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin fikrini şərh edərkən bildirib.
Xatırladaq ki, Ursula fon der Leyen Avropada yaşayış evlərinin istiliyində temperaturun iki dərəcə aşağı düşməsinin "Şimal axını" boru kəməri ilə qaz təchizatını əvəz etməyə imkan verəcəyini bildirib.
Volodin “Telegram” kanalında qeyd edib ki, Avropa İttifaqı rəhbərliyi, o cümlədən Ursula fon der Leyen avropalıların onlara görə əziyyət çəkməməsi üçün ayıq başla düşünsələr yaxşı olar".
Dövlət Dumasının spikeri əlavə edib ki, Selsi, Farenheit və Kelvindəki hazırkı temperaturlara Avropada tezliklə yeni ölçü yaranacaq – "Ursula".
"Ursulaya görə, avropalılar Ukrayna dəhlizinin qaz kəmərlərindən, "Türk axını"ndan, "Drujba" neft kəmərindən imtina edərək temperaturu daha on dərəcə aşağı salmalıdırlar. Daha bir dərəcə isə Rusiyadan kömür almağı dayandıraraq".
Martın 23-də Rusiya Prezidenti Vladimir Putin hesablamalarda dollar və avrodan istifadədən imtina etmək üçün Aİ ölkələrinə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rublla köçürüldüyünü açıqlayıb.
Sonra prezident müvafiq fərman imzalayıb və bildirib ki, əgər aprelin 1-dən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələrinin yerinə yetirilməməsi hesab edəcək.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının yaxın 5-10 il ərzində Rusiya neft və qazını tamamilə əvəz edə biləyəcəyi ehtimalı azdır və sənayenin əsas oyunçuları bu fikirlə razıdır.
O qeyd edib ki, hətta Avropanın Rusiya neftindən imtina etməsini müzakirə etmək belə bazar üçün mənfidir, o, buna dərhal reaksiya verir. Rusiya nefti və qazı olmasa, dünya ağır böhrana girəcək, qiymətlər gözlənilməz həddə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.