VİDEO

Sel Goranboyun dağ kəndində növbəti dəfə fəsad törədib - VİDEO

Rayonun Aşağı Ağcakənd qəsəbəsində “VAZ” markalı avtomobili digərinə çırpıb.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Güclü yağışın ardından yaranan sel Goranboyda fəsadlar törədib. Sputnik Azərbaycan xəbər verir ki, günorta saatlarında yağan leysan yağış rayonun dağ məntəqələrindən olan Aşağı Ağcakənddə küçələri keçilməz edib.
Dağlardan axıb gələn sel suları bir neçə küçədə çayı xatırladan mənzərə yaradıb. Təbiət hadisəsi zamanı qəsəbə sakinlərindən birinə məxsus minik avtomobilini digərinə çırpıb. Həmçinin bir neçə sakinin həyətinə su dolub.
Qəsəbə ərazindəki məktəbin hasarını da sel suları aşırıb. Kənd yolları yağışdan sonra yaranan sel nəticəsində yararsız hala düşüb. Selin qsəbəyə vurduğu ziyan hesablanır.