RUSİYA

Rusiya gəmilərinin daha bir qrupu Sakit okeanda təlimlərə qatılıb

Gəmilər "donanmanın döyüş hazırlığı planına uyğun olaraq" tədbirdə iştirak etmək üçün Kamçatkadakı bazanı tərk ediblər.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Rusiyanın kiçik sualtı qayıqları əleyhinə gəmiləri Sakit okeanda manevrlər keçirmək üçün Kamçatkada yerləşən məntəqədən çıxıblar. Bu barədə Sakit Okean Donanmasının mətbuat xidmətinin rəhbəri İlya Kolesnikov məlumat verib.
"Rusiyanın Şimal-şərqindəki Qoşunların və qüvvələrin su ərazisinin mühafizəsi bölməsindən olan "MPK-107" və "MPK-82" kiçik sualtı qayıqlar əleyhinə gəmilərindən ibarət gəmi axtarışı-zərbə qrupu Sakit okeanda təyinatı üzrə tapşırıqları yerinə yetirməyə başlayıb", - deyə Kolesnikov bildirib.
Onun sözlərinə görə, gəmilər "donanmanın döyüş hazırlığı planına uyğun olaraq" tədbirdə iştirak etmək üçün Kamçatkadakı bazanı tərk ediblər.
"Hazırlıq mərhələsində gəmilərdə komponentlərin və mexanizmlərin uzunmüddətli istismara hazırlığı yoxlanılıb, gəmi ekipajlarının ştat sayı 100%-ə qədəri yığılıb və təlim atışları kompleksinin keçirilməsi ilə tapşırıqların yerinə yetirilməsi üçün şəxsi heyətin qəbuluna icazə verilib", - deyə Kolesnikov bildirib.
O qeyd edib ki, ekipajlar müdsfiəsiz reyddə gəmilərin manevr və müdafiə elementlərini işləyiblər.
"Sakit okeanda manevrlərin keçirilməsi zamanı əsas vəzifələrdən biri Rusiyanın bayrağının nümayişi ilə təyin olunmuş ərazidə patrulun aparılması, həmçinin bazadan uzaq zonada sahələrinin öyrənilməsi olacaq", - deyə Sakit Okean Donanmasının nümayəndəsi qeyd edib.
Bir gün əvvəl o, bildirib ki, "Marşal Krılov" idarəetmə gəmisi, "Marşal Şapoşnikov" freqatı, korvetlər və böyük "Admiral Panteleyev" sualtı qayıq əleyhinə gəmidən ibarət Sakit Okean Donanmasının hərbi gəmilərinin bir dəstəsi Sakit okeanın Filippin və Şərqi Çin dənizlərində "hücumundan müdafiədə gəmi hazırlığının həyata keçirilməsi, saxta düşmənin sualtı qayıqlarının axtarışı və dəniz aviasiya ekipajları ilə qarşılıqlı əlaqədə" təlimlər keçirir.