BAKI, 22 iyun — Sputnik. Atçılığın konkur növü üzrə Bakı çempionatı keçiriləcək. Bu barədə Azərtac məlumat yayıb.
Qeyd olunur ki, Bakı Dövlət Cıdır Meydanında iyunun 24-25-də keçiriləcək yarışlarda idmançılar atçılıq idmanının konkur növündə məharətlərini nümayiş etdirəcəklər.
A* və M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 80-90 santimetr, 100-110 santimetr və 110-140 santimetr təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.