CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük generalı barəsində həbs qətimkan tədbiri seçilib

Gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Sputnik
BAKI, 22 iyun - Sputnik. “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.