RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Bayden Aİ və Rusiyanın dözümlülükdə yarışacağını düşünür

ABŞ Prezidenti Co Bayden: Müəyyən mərhələdə gözləmə taktikası işə düşəcək
Sputnik
BAKI, 22 iyun — Sputnik. Ukraynada vəziyyət müəyyən mərhələdə Avropa və Rusiya arasında dözümlülük yarışına çevrilə bilər.
ABŞ Prezidenti Co Bayden belə hesab edir.
"Güman edirəm ki, müəyyən mərhələdə gözləmə taktikası işə düşəcək: rusların nə dərəcədə zərərə davam gətirə biləcəyinə və Avropanın nəyə tab gətirməyə hazır olacağına baxmaq lazımdır," – deyə Bayden jurnalistlərə bildirib.
"Bu, İspaniyada (NATO sammitində) müzakirə olunacaq məsələlərdən biridir", - deyə o, əlavə edib.
NATO sammiti 2022-ci ilin 29-30 iyun tarixlərində Madriddə keçiriləcək.