Mətbuat mərkəzi

Bakının planlı inkişafının yeni konsepsiyası: təcrübə və perspektivlər

Baş planın həyata keçirilməsi şəhərin görkəminin əhəmiyyətli dərəcədə dəyişməsinə öz töhfəsini verəcək.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Bir neçə ay əvvəl Bakı şəhərinin 2020-2040-cı illər üçün Baş plan layihəsinin razılaşdırılması üzrə işlər yekunlaşıb. Planın icrasının birinci mərhələsində (2020-2027-ci illər) mühüm əhəmiyyət kəsb edən şəhərsalma tədbirləri, o cümlədən, ərazilərin zonalaşdırılması və polisentrik şəhərsalma, əsaslı tikinti, nəqliyyat, sosial və mühəndis infrastrukturunun inkişafı, habelə ətraf mühitin yaxşılaşdırılması və ərazilərin mühəndis hazırlığı kimi birinci dərəcəli şəhərsalma əhəmiyyəti olan tədbirlər nəzərdə tutulub .
Ekspertlərin fikrincə, sənəddə, əsasən, inkişafın ümumi prinsipləri nəzərdən keçirilir: seçmə ərazilər harada yerləşəcək, əsas yaşayış məntəqələri və ya sənaye zonaları hansı istiqamətdə böyüyəcək. Başqa sözlə, biz mərkəzsizləşdirmə və şəhərsalma prosesinə balanslaşdırılmış yanaşma yolu ilə paytaxt regionunun davamlı inkişafına nail olmalıyıq.
Baş planın həyata keçirilməsi şəhərin görkəminin əhəmiyyətli dərəcədə dəyişməsinə öz töhfəsini verəcək. Yaxın gələcəkdə Bakını və onun sakinlərini hansı gələcək gözləyir, Memarlar İttifaqının baş planının həyata keçirilməsi nəticəsində Qafqazın ən böyük şəhər aqlomerasiyasının yaşayış mühiti necə dəyişir – 23 iyun saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlar İttifaqının (UIA) Gənclərlə İş üzrə Komissiyasının üzvü, Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev. Qərbi Xəzər universitetinin professoru Elçin Əliyev bu barədə danışacaq.