AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinə xəbər verir.

Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.