BAKI, 22 iyun — Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, hazırda ABŞ iqtisadiyyatı tənəzzül edir. Bu barədə "Newsmax" məlumat yayıb.
"Tənəzzül iki ildən sonra baş verə biləcək bir şey deyil. Biz artıq tənəzzülün içindəyik", - ABŞ-ın 45-ci prezidenti qeyd edib.
Tramp benzinin bahalaşmasına da münasibət bildirib. O, yanacağın qiymətinin artmaqda davam edəcəyini bildirib:
"Benzin bir qallon üçün beş, altı, yeddi dollar və daha çox ola bilər".
"Ölkəmiz böyük bəla içindədir. O, heç vaxt bu vəziyyətdə olmayıb", - deyə ABŞ-ın keçmiş prezidenti fikirlərini bitirib.
Tramp ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı başqa proqnozlar verməyib.
Bundan əvvəl Tramp bildirib ki, Ukraynadakı münaqişə razılaşma ilə tamamlanmalıdır. O, həmçinin bildirib ki, ABŞ-ın siyasətinə görə Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə qədər uzana bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.