BAKI, 21 iyun — Sputnik. "Ukraynanın QNS Operatoru" çərşənbə axşamı "Qazprom"dan 41,4 milyon kubmetr həcmində qaz tranziti üçün sifariş qəbul edib. Ukrayna şirkətinin verdiyi məlumatlarda belə deyilir.
Məlumata görə, bazar ertəsi bu göstərici 41,7 milyon kubmetr olub. Nəql olunacaq qazın həcmi üçün müraciət yalnız Ukrayna QNS-nə iki giriş nöqtəsindən biri - Sudca qaz ölçmə stansiyası üçün elan edilib. "Soxranovka" QÖS vasitəsilə dəhliz boyu sifariş qəbul edilməyib.
UQÖSO Novopskov kompressor stansiyasına operativ və texnoloji nəzarəti həyata keçirə bilməyəcəyini əsas gətirərək Soxranovkadan tranzit üçün qazın qəbulunu fors-major elan edib.
"Qazprom" hesab edir ki, əvvəlki rejimdə işin davam etdirilməsinə heç bir maneə olmadığı kimi, fors-major üçün də əsas yoxdur:
"Ukraynalı mütəxəssislər bütün bu müddət ərzində Soxranovka QÖS və Novopskov kompressor stansiyasında sakitcə işləyir və bunu davam etdirirlər. Soxranovka vasitəsilə tranzit tam təmin edilib. Qarşı tərəflərdən heç bir şikayət olmayıb və yoxdur".
Kiyev tranzit həcmlərini Soxranovkadan Sudca QÖS-na köçürməyi təklif edib. "Qazprom" isə Rusiyanın axını sxeminə əsasən bunun texnoloji cəhətdən mümkün olmadığına əmindir. Həcmlərin bölüşdürülməsi, həmçinin, 30 dekabr 2019-cu il tarixli əməkdaşlıq müqaviləsində göstərilib.
Eyni zamanda, Ukrayna tərəfi israr edir ki, ödəniş hələ də "nəql et və ya ödə" qaydasına uyğun olaraq, gündəlik 109 milyon kubmetrlik uzunmüddətli müqavilənin təxmin edilən daşınma həcminə əsasən aparılmalıdır. "Qazprom" isə öz növbəsində Kiyevin daşıma imkanlarını üçdə bir dəfə azaltdığını göstərir.
"Naftoqaz Ukrainı" iddia edir ki, indi tranzit üçün daha az ödəniş alır və arbitraja müraciət etməkdən danışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.