AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərindədir

İlham Əliyev və Şavkat Mirziyoyev Heydər Əliyev Meydanının açılış mərasimində iştirak ediblər.
Sputnik
BAKI, 21 iyun — Sputnik. İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.
Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev həmçinin Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
İlham Əliyevə Müstəqillik abidəsi barədə məlumat verilib.
Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilən məlumata görə, iki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutub.
Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.