CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefon mağazalarına qarşı iş qaldırılıb

Haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirlər davam etdirilir
Sputnik
BAKI, 21 iyun — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.
Dövlət Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən "V-TELECOM" MMC, "İMPERİUS" MMC və "BUL ELECTRONİCS" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdiriləcək.