DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilməyəcək - Baş nazir

Gürcüstanın baş naziri bildirib ki, gürcüstanlılar çox təbii səbəbdən Rusiyaya qarşı qtisadi sanksiyaları həyata keçirə bilməyəcək.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Gürcüstan Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalarda iştirak edir, lakin milli maraqları nəzərə alaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilməyəcək. TASS xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda bildirib.
"Biz gürcüstanlılar çox təbii səbəbdən Rusiyaya qarşı qtisadi sanksiyaları həyata keçirə bilməyəcəyik, çünki bizim öz milli maraqlarımız, təhlükəsizliyimizə, iqtisadiyyatımıza çağırışlarımız var. Bu, bizim motivasiyamızdır", - Qaribaşvili deyib.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.