CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burak Özçiviti görmək üçün 7500 manat ödəyə bilərsiniz

Məşhur aktyor kikboksinq üzrə yarışı fəxri qonaq kimi izləyəcək.
Sputnik
BAKI, 21 iyun — Sputnik. İyul ayının əvvəlində məşhur türk aktyoru Burak Özçivit Bakıya gələcək.
Məşhur aktyor 2 iyulda keçiriləcək "Qarabağ - Zəfər gecəsi" kikboksinq üzrə yarışı fəxri qonaq kimi izləyəcək.
Turnirdə Azərbaycan və Türkiyədən 8 idmançı iştirak edəcək.
Yarışa biletlərin qiyməti 20-7500 manat arasında dəyişir.
Burak Özçivit "Möhtəşəm yüzillik", "Qara sevda", "Çalıquşu" kimi seriallardakı obrazları ilə məşhurlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.