DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Ukrayna ilə bağlı Rusiya ilə "gizli danışıqlar" aparır

Amerikalı ekspert Piter Raf : Almaniya Rusiyanı alçaltmaqdansa, Ukraynanı məyus etməyə üstünlük verir
Sputnik
BAKI, 21 iyun — Sputnik. Amerikanın Hudson İnstitutunun eksperti Piter Raf "Foreign Policy" jurnalı üçün yazdığı məqalədə Almaniyanın Rusiyanın "alçaldılmasını" pislədiyini və Ukraynaya yardıma etinasız yanaşmağa hazır olduğunu bildirib.
Onun fikrincə, Berlinin Moskva ilə apardığı "gizli danışıqlar" bunu sübut edir.
"Almaniyanın Rusiya ilə gizli danışıqlar apardığı barədə şayiələrlə dolu olması onu deməyə əsas verir ki, AFR (Almaniya Federativ Respublikası) Rusiyanı alçaltmaqdansa, Ukraynanı məyus etməyə üstünlük verir", - deyə Raf bildirib.
Analitik hesab edir ki, Almaniya kansleri Olaf Şolts münaqişənin diplomatik yolla həlli ilə bağlı Fransa prezidenti Emmanuel Makronun mövqeyini, yəqin ki, bölüşür.
"Əlbəttə, Şolts Ukraynaya ərazisinin bir hissəsindən imtina etməyi təklif edən və Qərbi, Rusiyanın "alçaldılmasından" xəbərdar edən Makron qədər uzağa getməyib. Bununla belə, Almaniyanın diplomatik mübadilələrin qurulması şəklində eskalasiyaya reaksiyası özlüyündə hər şeyi deyir", - deyə ekspert qeyd edib.
O, həmçinin, Berlinin Kiyevə göstərdiyi hərbi yardımın əhəmiyyətsizliyinə də diqqət çəkib.
"Bildirilir ki, Şolts NATO-nun Pribaltikada Rusiyanın qarşısını almaq strategiyasının bir hissəsi kimi Litvada əlavə qoşun yerləşdirmək vədindən geri çəkilir", — deyə Raf vurğulayıb.