BAKI, 20 iyun — Sputnik. Ukrayna heç bir halda nə Avropa İttifaqına üzv olmaq, nə də quruma namizəd statusuna uyğun gəlmir. Bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında qeyd edib.
"Ümumi korrupsiya, tüğyan edən cinayət, oliqarxiya hakimiyyəti və məhv edilmiş iqtisadiyyat müasir Ukraynanın səciyyəsidir və bunu Avropa da çox yaxşı başa düşür. Lakin Rusiyanı zəiflətmək istəyi üstünlük təşkil edir", - deyə Volodin qeyd edib.
Spikerin sözlərinə görə, Qərb "Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə apara bilmir".
"Buna görə də Vaşinqton və Brüssel hərbi əməliyyatların davam etdirilməsi üçün hər şey etməyə hazırdır. Bu, Ukraynaya Avropa İttifaqına daxil olmaq üçün namizəd statusunun verilməsi qərarının səbəbidir", - deyə Volodin vurğulayıb.
Volodin onu da bildirib ki, nəticə Ukrayna üçün kədərli olacaq:
"Qərar qəbuletmə mərkəzi rəsmi olaraq Brüsselə veriləcək. Ukrayna tamamilə müstəqilliyini itirəcək", - deyə Dövlət Dumasının spikeri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.