TƏHLİL

Ukrayna Aİ-na namizəd statusu uğrunda ölümə sürüklənir

Ukraynanın bütün elmi və sənayesi məhv olub, ölkə, demək olar ki, bütün ixtisaslı mütəxəssislərini - həkimlərdən mühəndislərə, universitet professorlarından raket düzəldən alimlərinə qədər itirib.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Bu, baş verdi. Avropa Komissiyası nəhayət, Aİ ölkələrinə Ukraynanı potensial üzv namizəd kimi nəzərdən keçirməyi tövsiyə edib. İyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə bu məsələyə mahiyyəti üzrə baxılacaq. 27 ölkədən heç birinin etirazı olmasa, Ukrayna - hər halda, ondan geri qalan nə varsa - Aİ üzvlüyünə namizəd olacaq. Nə demək olar, təbrik edirəm. Ukraynalılar buna uzun müddət ərzində və çətin yolla getdilər.
Arzu olunan üzvlüyə gedən yolda SSRİ-nin ən zəngin respublikası bütün elmini və sənayesini itirdi, bütün yüksək texnologiyalara, o cümlədən, hərbi texnologiya və kosmosa aşiq oldu, demək olar ki, bütün ixtisaslı mütəxəssislərini - həkimlərdən mühəndislərə, universitet professorlarından raket düzəldən alimlərinə qədər itirdi.
Belə görünür ki, Rusiya ilə bütün əlaqələrin bilərəkdən məhv edilməsi ölkə iqtisadiyyatının yenidən Avropaya istiqamətlənməsinə gətirib çıxara bilər. Amma yox, qoca Avropa rəqibləri sevmir. Aİ bütün gücü ilə Ukraynanın tam sənayesizləşdirilməsini dəstəklədi. Eyni zamanda o, gənc gözəl qızlardan tutmuş qoca alimlərə qədər bütün dəyərli ukraynalı kadrları tozsoran kimi özünə çəkdi. Ukraynada istehsal məhv oldu, ölkə yoxsulluğa düçar oldu və faktiki olaraq qul bazarına çevrildi.
Yoxsullaşma ilə paralel olaraq sivilizasiyanın deqradasiyası baş verdi. Şəhər mədəniyyətini kənd oyunu əvəz etdi. Bu gün biz bunun nəticələrini tam ölçüdə görə bilərik - faşizm, satanizm, Rusiyaya və şəxsən Putinə zərər vura biləcək bəzi axmaq kütləvi rituallar. Bir sözlə, biabırçılıq.
Təbii ki, belə şəraitdə mühacirət Ukraynanın əsas arzusuna çevrildi. Bu lənətlənmiş yerdə dövlət qurmaq - yox, nə danışırsız? Ağıllı insanlar bu ərazidən bacardıqları hər şeyi tez bir zamanda sıxışdırıb parlaq Qərbə atmağa çalışırdılar. Onlar bunu bacardılar. Son otuz il ərzində Ukrayna milyonlarla ən yaxşı vətəndaşını itirdi. Kiyev rejimi demoqrafik fəlakətin miqyasını göstərməmək üçün siyahıyaalma aparmaqdan belə qorxur.
Ancaq ən ağıllı insanlar bir çamadanla mühacirətin onlar üçün olmadığını qərara aldılar. Ukraynadan bütöv rayonlar, şəhərlər, rayonlarla getdilər. Çünki normal insanlar, sadəcə olaraq, belə yaşaya bilməzdilər - məşəl yürüşləri ilə, rus dilinin qadağan edilməsi ilə.
Krım, Donetsk, Luqansk təbii yolla Ukraynadan uzaqlaşdılar. Son aylarda Xerson, Melitopol, Mariupol onların yolunu davam etdirdilər. Qərb bölgələrindəki əhali demək olar ki, istisnasız olaraq "Polşa kartları" əldə etdi və yüksək səslə Pan Dudanın onları Polşaya aparacağına ümid edir. Ümumiyyətlə, Ukraynadan çox az nəsə qalıb.
Və, tortun üzərindəki albalı ondan ibarətdir ki, yüksək peşəkar rus müqaviləli əsgərlərinə və döyüş təcrübəsi qazanmış "DXR" və L"XR" bölmələrinə qarşı döyüşmək üçün ukraynalılar kütləvi şəkildə səfərbər edilib cəbhəyə aparıldılar. Yaxşı, onların orda nə işi var? Onlar kütləvi miqyasda ölürlər, hətta Zelenski də bunu artıq etiraf edir. Bu, həqiqətən, dəhşətdir.
Yəni, ölkə torpaqlarını, sərvətlərini, ən yaxşı adamlarını itirdi - nəyə görə? Özünüzü "Avropa" saymaq və onu "lənətə gəlmiş moskvalıların" qarşısında "lovğalanmaq" kimi illüziya hüququna görə. Yaxşı müqavilədir, nə deyə bilərəm.
Hələ otuz il əvvəl Avropadan gələn ağıllı dayılar və xalalar arzu olunan kökü - AB üzvlüyünü Ukraynanın burnunun önünə asdılar. Burada Brüsselin güddüyü xeyir aydındır: biz Şərqi Avropanın ən zəngin bölgəsini məhv edirik, hər şeyi ucuza alırıq, ən aşağı qiymətə ən çirkli işlərdə çox işləməyə və hətta ağaları üçün ölməyə hazır olan milyonlarla savadlı ağdərili alırıq. Milyonlarla itaətkar, çalışqan, iddiasız qullar - qocalmış və doğum artımı sıfır səviyyəsində olan Avropa üçün lazım olan gözəllik budur.
Bu bədbəxt əraziyə rəhbərlik edən həmin oliqarxların əldə etdikləri xeyir də göz qabağındadır. Onlara Avropa korporasiyalarından sonra qalan tör-töküntüləri soymağa icazə verilir, İsveçrə banklarında kapitalın təhlükəsizliyinə zəmanət verilir. Amma həyatım boyu başa düşə bilmirəm ki, adi ukraynalılar otuz ildə "Avropa yolu ilə" nə əldə ediblər.
Onlar həyat tərzi heç də yaxşılaşmayıb. Daha çox ölməyə başlayıblar. Və bütün bunlara görə onlar yalnız bədnam vizasız rejim aldılar - mahiyyət etibarı ilə zəngin ölkələrin sərhədini sürətlə keçmək və orada qeyri-qanuni olaraq, belə demək mümkünsə, xidmət sahəsində işləmək hüququ əldə etdilər. Bunların hansı xidmətlər olduğunu, hər halda, başa düşürük. İstənilən sahədə qeyri-qanuni iş - bu təkcə fahişəliyə aid deyil - sonsuz alçaldılmalar və aldatmalar silsiləsidir. Bu, təəssüf ki, insan ləyaqətinə əlvida, normal sosial statusdan imtina, özünü əslində ümidsizliyə məhkum etməkdir. Həqiqətən, buna dəyərdi?
Son vaxtlar ukraynalılar öz avropalı ağalarının maraqları üçün o qədər fədakarcasına ölürlər ki, Brüssel onları həvəsləndirmək qərarına gəlib. Aİ-na namizəd statusu Ukraynaya nə verə bilər ki? Bəli, əslində, heç nə.
Şimali Makedoniya on yeddi, Monteneqro on iki, Serbiya on, Albaniya səkkiz, Avropa yolu ilə yarışda tanınmış çempion olan Türkiyə - iyirmi üç ildir ki, bu statusda yellənirlər. Onların hamısı, qeyd edirik ki, Ukraynadan qat-qat uğurlu və demokratikdir.
Nəzəri cəhətdən namizəd ölkəyə Brüsseldən vizasız səyahət və maddi yardım verilə bilər. Amma Ukraynaya artıq vizasız rejim verilib. Pul da tökülüb - milyardlarla avro. Bəs, görəsən, sadə ukraynalıya, heç olmasa, bir avro çatıb? Sual ritorikdir.
Ukraynanı Avropa Birliyinə tamhüquqlu üzv kimi qəbul etmək mümkün deyil. İqtisadiyyat baxımından orada vəziyyət bərbaddır. Ukraynanın avropalıların "qızıl yarım milyard"ından nə qədər uzaq olduğunu adi gözlə görmək olar. Təkcə bir rəqəm deyək: AB büdcə kəsiri 3%-dən çox olan dövlətləri qəbul etmir. Ukraynanın bu il büdcə kəsiri, təxminən, 17,8% təşkil edəcək.
Və, hələ ölkədə hərbi əməliyyatlar kimi xırda şeyləri demirəm. Türkiyənin Aİ-na daxil edilməməsi bəhanəsi Şimali Kiprlə bağlı uzun müddətdir dondurulmuş münaqişə olub. Amma orada hər şey olduqca sakitdir. Diplomatik fəallıq zaman-zaman qızışır, vəssalam. Bəs, Ukraynada nə baş verir?
Axı, Rusiyanın xüsusi əməliyyatı başa çatanda belə, Ukraynadan qalan ərazilərə çətin ki, sülh gəlsin. Orada elə xüsusi "zon" yaradıblar ki, normal insanların yaşaması mümkün deyil. Oradan, sadəcə qaçacaqlar. Qalanları yenidən silahlara əl atacaq.
Avropa vətəndaşlarının əksəriyyəti Ukrayna kimi şübhəli aktivin bütün risklərini yaxşı başa düşür. Aİ ölkələrinin əhalisi kütləvi şəkildə o mənada çıxış edir ki, onun Avropa İttifaqına real daxil olması yalnız ən uzaq gələcəkdə mümkündür. Fransa prezidenti Makronun bu münasibətlə qeyd etdiyi kimi, "Bu, bir neçə onilliklərin məsələsidir".
Yəni, Avropa elitaları artıq ukraynalılara açıq mətnlə başa salırlar ki, bütün bu sammitlər, Avropa Komissiyasının qərarları, Zelenskinin təntənəli stendapları nələrisə gözdən yayındırmaq üçündür. Bu hadisələrdə ukraynalılara ruslarla "eyni olmadıqlarını", Avropanın onlarla olduğunu, xaricdə onlara kömək ediləcəyini təkrar-təkrar söyləməyin ruhlandırmaqdan başqa heç bir real mənası yoxdur. Bu yalan vədlər və aldatmalar isə lap çoxdan başlayıb.
Qarşıdan gələn sammit digər postsovet respublikalarında da Avropa istəklərini qızışdırmağa imkan verdi. Ukraynadan dərhal sonra namizəd statusu üçün müraciət edən Gürcüstan və Moldova liderləri indi dərin küskünlük nümayiş etdirirlər.
"Əgər açıq münaqişə status əldə etmək üçün meyarlardan biridirsə, biz bunu istəmirik" deyən Gürcüstanın baş naziri qəzəblə ölkəsinin "bütün sahələrdə Ukrayna və Moldovanı on dəfə qabaqladığını" xatırladıb.
Moldova prezidenti Maya Sandu paxıllıq edir: "Biz mümkün qədər tez namizəd statusu almaq istərdik <...>, amma biz realistik və başa düşürük ki, Aİ-na daxil olmaq üçün keçməli olduğumuz proseslər var".
Doğrudur, xanım prezident. Belə proseslər var ki, bunlara əhalinin azalması, yoxsullaşması, vəhşilik deyilir. Moldovada bu saydıqlarımız kifayət qədər uzağa gedəndə ölkənin öz Avropa şansı olacaq. Yeri gəlmişkən, Rusiya televiziyasının yayımına qadağa qoyulması bu yolda böyük addımdır.
Hələ 2014-cü ildə Ukraynanı zorla "Avropa yolu"na sürükləməyə başlayanda Moskva hər cür şəkildə Kiyevi ağlını başına yığmağa və özünə gəlməyə çağırırdı. Kreditlər, yardımlar təklif edildi, baltanı dibində vurmayaraq, sadəcə, gözləmək tövsiyə olundu, Aİ ilə assosiasiya sazişini diqqətlə oxumaq, kiçik hərflərlə yazılanlara baxmaq məsləhət görüldü. Amma ağıllanmaqla bağlı müraciətlərin hamısı faydasız oldu. Kiyev elitası öz xalqına öz xüsusiliyi, elit olduğu, avropalılığı ilə bağlı bütün bu cəfəngiyyatları satmağı bacardı. Nəticə məlumdur.
Ukraynalılar üçün ən təhqiredicisi odur ki, onlar özləri və ölkələri ilə baş verən bütün bunları "lənətə gəlmiş moskvalıların" acığına edirlər. Moskvalıların isə bu, vecinə deyil. Biz bir vaxtlar çox gözəl olan torpağa, onun çaş-baş qalan sakinlərinə ancaq heyrət və təəssüflə baxırıq. Bütün bunları niyə edirlər, axl?
Avropa İttifaqı ilə əməkdaşlıq, əziz ukraynalılar, sizin üçün axmaq və sərf etməyən bir sövdələşmə oldu. Avropa xəyalını siz öldürülən sosial sahənizlə, dağıdılmış səhiyyənizlə, sənayesizləşmənizlə, çılğın qiymət artımlarınızla ödədiniz. İndi həyatınızla ödəyin. Bütün bunlar ona görədir ki, Zelenskinin həyat yoldaşı Londonda alış-veriş edib parlaq jurnalların üz qabığında görünə bilsin. O, əlbəttə ki, yaxşı görünür.
Bu Aİ üzvlüyünə namizəd statusu ilə, əziz ukraynalılar, daha nəzakətlə desək, siz yenə də aldanırsınız. Bəlkə, artıq dayanasınız?