CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrdən pul tələb edən müəllim işdən qovuldu

Bakı Dövlət Universitetindən bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.
Bu barədə Bakı Dövlət Universitetindən (BDU) bildirilib.
Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial mediada BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bakı Dövlət Universitetinin müəllimi hər tələbədən üç-beş min manat tələb edir?