HƏRBİ

İstismar müddəti bitmiş yararsız döyüş sursatlarının utilizasiyası davam edir

Nazirlikdən bildirilib ki, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-nə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-nə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl döyüş sursatlarının utilizasiya prosesi 08.06.2022-ci il tarixdən 11.06.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.