HADİSƏ

"Petkim" dünənki partlayışla bağlı açıqlama yayıb

"Petkim"dən verilən məlumatda bildirilib ki, kiçik miqyaslı partlayışın heç bir mənfi təsiri olmayıb.
Sputnik
BAKI, 20 iyun — Sputnik. İzmirin Əliağa rayonunda yerləşən "Petkim"də fəaliyyət göstərən PVC fabrikinin reaktorunda partlayış baş verib. Partlayış kiçik miqyasda baş verib.
Partlayışdan sonra hadisə yerinə xilasetmə qrupları göndərilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
"Petkim"dən verilən məlumatda bildirilib ki, kiçik miqyaslı partlayışın heç bir mənfi təsiri olmayıb:

"PVC zavodumuzun reaktorunda hələ də araşdırılan əməliyyat səbəbindən kiçik miqyasda partlayış baş verib. Mövcud vəziyyət qruplarımız tərəfindən nəzarətə götürülüb və obyektimizdə partlayışdan zərər çəkən həmkarımız yoxdur", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bir neçə il əvvəl Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş vermişdi. İnsident nəticəsində bir nəfər həlak olmuş, daha 16 nəfər isə xəsarət almışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.