BAKI, 20 iyun — Sputnik. Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək. Bu səfərdə nazirin Azərbaycana Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.
Müzakirə mövzuları arasında ikitərəfli qarşılıqlı əlaqələr və regional əməkdaşlığın perspektivləri, o cümlədən Cənubi Qafqazda münaqişədən sonrakı proseslər var. Təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasında münaqişə nəticəsində bir çox həll olunmamış məsələlər qalıb və onlara ən qısa zamanda cavab verilməlidir.
Yaxın gələcəkdə münaqişədən sonrakı dövrdə ən vacib suallara cavabın tapılıb-tapılmayacağı və Rusiya xarici işlər nazirinin Bakıya səfərinin buna necə təsir edəcəyi barəsində iyunun 22-də, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məşhur azərbaycanlı politoloq, teleaparıcı Sahil İsgəndərov danışacaq.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.