BAKI, 19 iyun - Sputnik. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh səylərini dəstəkləyir.
“Report” xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bunu öz tvitter hesabında yazıb.
Toyvo Klaar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunda Ermənistanla müsbət dinamikadan sonra sülhü bərqərar etmək, əməkdaşlıq qurmaq və praktiki işə keçməklə bağlı bəyanatını oxumaqdan məmnun olduğunu qeyd edib.
“Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir!” - Toyvo Klaar paylaşımında vurğulayıb.