BAKI, 19 iyun — Sputnik. Almaniyanın əvvəlki rəhbərliyinin Rusiya ilə dinc yanaşı yaşamağa yönəlmiş siyasəti düzgün idi, lakin enerji siyasətində səhvlərə yol verildi.
Bu barədə Almaniya kansleri Olaf Şolts bazar günü dərc olunan DPA agentliyinə müsahibəsində bildirib.
"Barışmaq cəhdi, dinc yanaşı yaşama cəhdi kimi heç vaxt səhv ola bilməz. Mən burada öz sələfimin tərəfindəyəm. Lakin iqtisadi siyasətimizin səhvi ondan ibarət idi ki, biz enerji təchizatımızı Rusiyaya həddindən artıq bağlamışıq və kursu tez dəyişmək gərək olarsa, bunun üçün lazımi infrastruktur yaratmamışıq", - deyə o bildirib.
Keçmiş kansler Angela Merkelin adı Rusiya Federasiyasına qarşı keçmiş siyasətlə bağlı müzakirələrdə tez-tez hallanır. O, “Şimal axını 2” layihəsini sona qədər dəstəklədiyinə və 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukraynanın alyansa sürətlə daxil olmasına qarşı çıxdığına görə qınanılır.
Keçmiş kanslerin özü isə bu siyasi qərarları yanlış hesab etmədiyini bildirib.
Merkel 2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verəndə Almaniya kansleri vəzifəsində çalışıb. Daha sonra onun iştirakı ilə Donbassdakı münaqişənin həlli üçün Minsk razılaşmaları imzalanıb.