RUSİYA

RSFSR-in keçmiş dövlət katibi Bakıda vəfat edib

Məlumata əsasən, Burbulis iyunun 19-da günorta saatlarında Bakıda oteldə dünyasını dəyişib.
Sputnik
BAKI, 19 iyun - Sputnik. RSFSR-in keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib.
1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirinin birinci müavini Gennadi Burbulis 77 yaşında vəfat edib. Bu barədə TASS-a müxbirin RSFSR-in keçmiş dövlət katibinin ölümü ilə bağlı sualına müsbət cavab verən qardaşı qızı Yuliya Burbulis məlumat verib.
Burbulisin ölüm xəbərini ilk olaraq Azərbaycan mətbuatı yayıb.
Məlumata əsasən, Burbulis iyunun 19-da günorta saatlarında Bakıda oteldə dünyasını dəyişib.
O, IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlib. Bundan əvvəl, iyunun 17-də Burbulis “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda keçirilən görüşdə çıxış edib.