BAKI, 19 iyun - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansının iyunun sonunda Madriddə keçiriləcək sammitdə qəbul etmək niyyətində olduğu yeni strategiyasında Rusiya təhlükə kimi qiymətləndiriləcək.
“Biz bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, bizim təhlükəsizliyimiz, sülh və sabitliyimiz üçün təhdiddir”, – Stoltenberq Almaniyanın “Bild am Sonntag” tabloidinə müsahibəsində deyib.
Onun sözlərinə görə, alyansın strategiyasında ilk dəfə olaraq Çinin adı çəkiləcək.
"Çünki Çinin yüksəlişi maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib.
NATO sammitinin iyunun 29-30-da keçirilməsi nəzərdə tutulub.