DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada COVID-19-a yoluxanların sayı 538,6 milyonu ötüb

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, bazar günü səhərə dünyada koronavirusa yoluxma hallarının sayı 538,69 milyona çatıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 318 095 nəfər COVID-19 infeksiyasının nəticələrindən dünyasını dəyişib.
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.
Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşmış “Worldometer” portalının məlumatına görə, bazar günü səhər planetin hər 1 milyon nəfərinə düşən ölüm göstəricisi 813,4-ə çatıb. ABŞ-da hər 1 milyon əhaliyə 3101, Hindistanda 373, Braziliyada 3104, Fransada 2273, Almaniyada 1664, Böyük Britaniyada 2618 nəfər ölüb.
***
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.