CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə məxfi məlumatları üçüncü tərəfə verməməyə çağırıb
Sputnik
BAKI, 18 iyun - Sputnik. “Asan İmza” (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
“Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər.
Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Odur ki, adınızdan sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.