BAKI, 18 iyun — Sputnik. "Azərbaycanda aprel ayından bu günədək 46 nəfəri ilan sancıb".
Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. A.Maqsudov bildirib ki, Mərkəzə gətirilənlər arasında ağır vəziyyətdə olanlar da olub: “Onlardan 12 nəfərində ilan sancma kəskin-ağır formada olub. İlansancanların 6 nəfəri azyaşlıdır. Amma onlar vəziyyətdən çıxardılıb. Ölüm halı qeydə alınmayıb.
A. Maqsudov onu da qeyd edib ki, ilansancmaya daha çox Aran bölgəsində rast gəlinir: “ Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Tovuz, Şamaxıda ilan sancma hadisələri baş verib. Cənub bölgəsindən isə Astara və Lənkəranda ilansancma hadisələri qeydə alınıb”.