BAKI, 17 iyun — Sputnik. Qərbin sanksiyaları dünyaya göstərdi ki, qayda-qanun artıq yoxdur. TASS xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində deyib.
"Dünyada böyük bir inam böhranı yaşayırıq. Sanksiyaların istisnasız olaraq bütün ölkələrə vurduğu ən ağrılı zərbə odur ki, onlar heç bir qayda-qanun olmadığını göstərdilər. Qətiyyən qayda-qanun yoxdur. Kimin "Kolt"u varsa, daha güclüdür. Burada yeganə qayda budur", - deyə Belousov bildirib.
Belousov qeyd edib ki, etimad böhranı qayda-qanunsuz dünya deməkdir: "Bəs qaydaları olmayan dünya nədir? Bu, müharibədir. Faktiki olaraq, bu, müharibədir. İqtisadi müharibə, siyasi müharibə, hər necə olursa olsun", - o əlavə edib.
Belousov deyib ki, indi avtarkiya ideyası cavab olaraq ortaya çıxır.
"Mən burada bizim iqtisadi idarələrdən birinin rəhbərinin dediklərinə diqqət çəkmək istəyirəm. O ixracın gəlirsiz olmasından, veksellər uçotundan danışdı. Gəlin, onda öz ölkəmizə qapanaq. Bu, özünü təcrid etməkdir. Biz bilirik ki, ABŞ bunun üçün çox çalışıb", - Rusiya Federasiyası Baş nazirinin birinci müavini bildirib.