BAKI, 17 iyun — Sputnik. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı Qərbin bütün problemləri Rusiya Federasiyasının üzərinə ata bilməsi üçün "xilasedici dairəyə" çevrilib. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (PBİF) çıxışı zamanı deyib.
"Onlar üçün (Qərb ölkələri) Donbasdakı xüsusi əməliyyatımızın başlanğıcı, öz səhv hesablamalarını başqalarının, indiki halda Rusiyanın üzərinə atmağa imkan verən xilasedici dairədir. Amma ibtidai məktəb təhsili olan hər kəs bugünkü mövcud vəziyyətin əsl səbəblərini başa düşür. Böyük məbləğdə pul çap etdilər, bəs sonra? Bütün bu vəsaitlər hara axdı? Aydındır ki, həmin pullar bu ölkələrin hüdudlarından kənarda mal və xidmətlərin alınmasına xərclənib. Onlar bir növ qlobal bazarları tozsoran kimi sormağa başladılar, amma digər dövlətlər, o cümlədən ən kasıb dövlətlər haqqında heç kim düşünmürdü və düşünmək də istəmirdi", - deyə Putin bildirib.
İyunun 15-dən 18-dək Sankt-Peterburqda XXV yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.