RUSİYA

Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışından əsas məqamlar

Rusiya lideri qeyd edib ki, Qərbdəki həmkarları tarixin gedişatına qarşı durmağa çalışırlar, onlar ötən əsrin şərtləri ilə düşünürlər.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) plenar iclasında çıxış edir.
Rusiya liderinin əsas bəyanatları:
Qərbdəki tərəfdaşlar öz geosiyasi illüziyaları ilə beynəlxalq təməlləri qəsdən sarsıtdılar;
Qərbdəki həmkarlar tarixin gedişatına qarşı durmağa çalışırlar, ötən əsrin müstəvisində düşünürlər;
Hazırkı PBİF çətin bir zamanda, hətta təməl iqtisadi prinsiplərin də hücuma məruz qaldığı bir vaxtda baş verir;
İşgüzar reputasiya və valyutalara inam əsaslı şəkildə sarsıdılıb, bu, qəsdən edilib;
Siyasətdə və iqtisadiyyatda şablonlar işləmir, baxmayaraq ki, Qərb dövlətləri onları tətbiq etməyə çalışır;
ABŞ soyuq müharibədə qələbə qazandığını elan edərək, öz maraqlarını müqəddəs elan etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.