HƏRBİ

Kəlbəcər yenidən atəşə məruz qalıb

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Düşmən Kəlbəcər istiqamətində yenidən təxribata əl atıb. Müdafiə Naziliyindən verilən məlumata görə, iyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.