BAKI, 17 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BBC telekanalına müsahibə verib. Müsahibənin tam mətni Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Lavrov Rusiyanın Ukraynaya təcavüz etmədiyini vurğulayıb.
"Xüsusi əməliyyat o zaman elan olundu ki, Ukraynanı NATO-ya cəlb etməsi, neonasist rejimini əzizləməsi, himayə etməsi və bəsləməsi fonunda Qərbin cinayətkar fəaliyyətlə məşğul olduğunu göstərmək üçün başqa bir yol qalmadı. Ukrayna prezidenti Vladimir Zelenskinin hələ 2021-ci ilin sentyabrında bəyan etmişdi ki, əgər kimsə Ukraynada özünü rus kimi hiss edirsə, Rusiyaya getsin", - deyə Lavrov sözünə davam edib.
O, həmçinin, "DXR"-da britaniyalı muzdlularla bağlı hökmə münasibət bildirib.
"Mən "DXR" məhkəməsinin müstəqilliyinə əminəm və xatırlatmaq istəyirəm ki, London onların taleyi barədə öyrənməyə çalışarkən Moskvaya deyil, Donetsk şəhərinə müraciət etməlidir. Onlar (Britaniya hakimiyyəti) hər şeyi açıq şəkildə etməyə öyrəşiblər. Öz təbəələrinin taleyindən narahat olduqlarını bəyan etməyə başlayıblar. Bilmirəm, Britaniya hakimiyyəti bizə müraciət edib, yoxsa yox. Onlar "DXR" ilə əlaqə saxlamalıdırlar", - deyə Lavrov bəyan edib.
Onun sözlərinə görə, Moskva indiki rəsmi Londonu öz xalqının maraqlarını yalnız növbəti seçkiləri düşünən siyasətçilərin ambisiyalarına qurban verməyə çalışan hökumət kimi qəbul edir.
"Məncə, artıq bu münasibətlərdə manevr üçün yer yoxdur. Həm (İngiltərənin baş naziri) Boris Conson, həm də (xarici işlər naziri) Elizabet Trass açıq şəkildə bəyan edirlər ki, Rusiyanı məğlub etməli, diz çökdürməlidirlər. Gəlin və diz üstə çökdürün!".
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nu Rusiya üçün təhlükə hesab edir.
"Serbiyadakı dostlarımız bizə Şimali Atlantika ittifaqının nə olduğunu deyirdilər. Əfqanıstanda, demək olar ki, bütün etnik qruplardan olan insanlar da bizə bu ittifaqın nə olduğunu və toy mərasimlərini necə bombaladığını deyirlər. Ölkələri tamamilə dağıdılan İraq, Liviya vətəndaşları ilə danışın. Bütün bunlardan sonra NATO özünü hələ də müdafiə ittifaqı elan edir. Bizə deyirlər ki, narahat olmayın, Ukraynanın NATO-ya daxil olması Rusiya Federasiyası üçün təhlükə yaratmayacaq. Şimali Atlantika Alyansından olan həmkarlarımıza hörmətlə yanaşırıq, lakin Rusiyanın onun təhlükəsizliyinə nəyin təhlükə yaradıb, nəyin təhlükəsiz olduğuna özünün qərar vermək hüququ var", - deyə Lavrov fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.