RUSİYA

Azərbaycan və Rusiya energetika maşınqayırması sahəsində əməkdaşlığı müzakirə ediblər

Rusiyalı nazir bildirib ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3,3 milyard dollar, 2022-ci ilin yanvar-mart aylarında isə 690 milyon dollar olub.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov enerji maşınqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mustafayevin Manturovla görüşü PBİF-2022 çərçivəsində baş tutub.
"Ölkələr arasında sənaye sahəsində qarşılıqlı əlaqələr bir sıra istiqamətlər üzrə inkişaf edir - bu, gəmiqayırma, avtomobil istehsalı, əczaçılıq və kimya sənayesidir. Biz enerji maşınqayırma mühəndisliyi sahəsində yaxşı perspektivlər görürük", - deyə Manturov vurğulayıb.
Tərəflər həmçinin kənd təsərrüfatı maşınlarının hazırlanması, avtomobilqayırma, helikopter və təyyarə istehsalı sahələrində, o cümlədən Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Azərbaycan bazarına həmçinin hazır avtomobil məhsullarının tədarükü də davam etdirilir. Bu il Azərbaycana K5 nəslindən olan "KAMAZ-54901" markalı 50 müasir magistral yük avtomobilləri gətirilib", - deyə Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri qeyd edib.

Manturov həmçinin qeyd edib ki, 2021-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 16% artaraq 3,3 milyard dollar, 2022-ci ilin yanvar-mart aylarında isə xarici ticarətin həcmi 690 milyon dollar təşkil edib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu "Roskonqres" Fondunun təşkilatçılığı ilə iyunun 15-dən 18-dək keçirilir.
Forumun builki mövzusu "Yeni dünya – yeni imkanlar"dır. Tədbir çərçivəsində həmçinin kiçik və orta sahibkarlıq, kreativ biznes, "Dərman təhlükəsizliyi", "PBİF Junior" və "SPIEF Sport Week" forumları da planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.