PAYTAXT XƏBƏRLƏRİ

Ziya Bünyadov prospektində kran xarab olub, tıxac yaranıb

Bakıda bəzi yollarda sıxlıq yaranıb. Qaldırıcı kran yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanıb
Sputnik
BAKI, 16 iyun — Sputnik. Bakıda Ziya Bünyadov prospektində avtomobillərin hərəkətində problem yaranıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Atatürk prospekti ilə kəsişmədə (körpüdə), Koroğlu metrostansiyası istiqamətində qaldırıcı kran yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayandığından sıxlıq yaranıb.
Xatırladaq ki, dünən Bakıda yolda aparılan təmir işləri tıxaca səbəb olmuşdu. Abdulvahab Salamzadə küçəsində Yasamal Rayon Polis İdarəsinin qarşısında, Ziya Bünyadov prospekti istiqamətində aparılan təmir işləri nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.