RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Ukraynanın silahla təminatı Avropa üçün təhlükəlidir

Rusiya XİN bildirib ki, ABŞ-ın Kiyevə yeni hərbi yardım paketi həm Ukrayna, həm də Avropa üçün təhlükə yaradır.
Sputnik
BAKI, 16 iyun — Sputnik. ABŞ-ın Kiyevə yeni hərbi yardım paketi həm Ukrayna, həm də Avropa üçün təhlükə yaradır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində mediaya açıqlamasında bildirib.
"Əlbəttə, bu, hamı üçün təhlükədir. Bu, ilk növbədə, Ukraynanın özü üçün təhlükədir. Bu, həmin silahların “qara” bazar vasitəsilə geri qayıdacağı bir qitə kimi Avropa üçün təhlükədir", - Zaxarova deyib.
Fevralın 24-də Rusiyanın başladığı xüsusi əməliyyatı fonunda ABŞ və NATO müttəfiqləri Kiyevi hərbi texnika ilə təmin etməkdə davam edir. Moskva dəfələrlə Qərbin Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməklə münaqişəni uzatmaq cəhdlərinə işarə edib. Müdafiə Nazirliyi sursat anbarlarının Ukraynadakı Rusiya Aerokosmik Qüvvələri üçün qanuni hədəfə çevriləcəyi barədə xəbərdarlıq edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.