BAKI, 16 iyun — Sputnik. Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Valday Beynəlxalq Diskussiya Klubunun sessiyası çərçivəsində Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin ən aşağı həddə çatdığını bildirib. Bu barədə TASS məlumat yayıb.
"Münasibətlər ümumiyyətlə mövcud olduqları bütün dövr ərzində ən aşağı səviyyədədir. Əlbəttə, biz qapını çırpmırıq, onlar da qapını çırpmağa ehtiyat edirlər, çünki Avropa İttifaqı bizim ən böyük ticarət və iqtisadi tərəfdaşımız olaraq qalır", - Vladimir Çijov bildirib.
Bundan əvvəl Çijov bildirib ki, Qərbdə Krım taxılını ukraynalı kimi təqdim edirlər və deyirlər ki, guya Rusiya onu oğurlayır. O, həmçinin əlavə edib ki, bu barədə nəsə demək belə mənasızdır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.