BAKI, 16 iyun — Sputnik. İndiki şəraitdə ixracın dəyərini yenidən nəzərdən keçirmək, istehsalı daxili bazara yönəltmək və emal dərəcəsini artırmaq lazımdır.
Bunu Rusiya Bankının sədri Elvira Nabiullina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.
"Biz bir ölkə olaraq hazırda beynəlxalq əmək bölgüsündə iştirakdan uduzuruq, çünki ixracımız endirimlə, idxalımız isə yüksək qiymətlədir. Və bu şəraitdə, əlbəttə ki, fikrimcə, biz barəsində danışıb, lakin həyata keçirmədiyimiz, yəni, ixracın faydalarını yenidən düşünməliyik", - deyə Nabiullina sözünə davam edib.
"Həmişə hesab olunub ki, ixrac bizim daxili dəyərimizdir, biz ölkədə valyuta gəlirləri alırıq", - deyə Mərkəzi Bankın rəhbəri bildirib. O, qeyd edib ki, əgər ixracdan gələn vəsaitlə idxal mallarını almaq mümkün deyilsə, o zaman ixracın roluna yenidən baxılmalıdır.
"Biz yenidən fikirləşməli və nəhayət, düşünməliyik ki, istehsalın əhəmiyyətli hissəsi daxili bazara işləməli, daha çox emal olunmalı, daha çox son məhsulun yaradılması üçün səy göstərilməlidir", - deyə Nabiullina bildirib.
O qeyd edib ki, hazırkı şərait mürəkkəbdir, qeyri-müəyyənlik yüksəkdir. Mərkəzi Bank rəhbərinin fikrincə, belə sürətlə dəyişən vəziyyətdə, əsas məsələ çevik olmaq və cəld reaksiya verməkdir.
"Hər kəsə aydındır ki, əvvəlki kimi olmayacaq, - deyə Nabiullina əlavə edib - Xarici şərtlər həqiqətən uzun müddətlik dəyişib, əbədi olmasa da, əhəmiyyətli dərəcədə dəyişib".