VİDEO

Meymunçiçəyi barədə əsas suallara cavablar

Meymunçiçəyi Azərbaycanın səhiyyə sisteminə təhlükə yaratmır. Bunu Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində deyib.
Sputnik
İlk baxışdan oxşar olan suçiçəyi və meymunçiçəyi xəstəlikləri arasında mövcud olan fərqlər əhalini daha çox maraqlandırır. Həkim bildirib ki, bəzi insanlar bəzən bu iki xəstəliyi qarışdırır.
"Suçiçəyi xəstəliyindən fərqli olaraq, meymunçiçəyinə yoluxanların hətta əllərinin içində və ayaqlarında da səpgilər əmələ gəlir. İnsanlar xüsusilə üzdə və bədəndə bu xəstəlikdən sonra qalan dərin çapıqlardan narahatdırlar", - deyə həkim qeyd edib.
Yalnız xəstə yarasını qaşıdığı zaman iz buraxan suçiçəyi xəstəliyindən fərqli olaraq, meymunçiçəyi xəstəliyindən sonra həmişə çapıqlar qalır və heç bir kosmetik vasitələrin köməyi ilə də onlardan qurtulmaq mümkün deyil.
Meymunçiçəyi barədə bu və digər vacib suallara doktor Vüqar Cavadzadənin cavablari ilə videomuzda tanış ola bilərsiniz.