RUSİYA

Rusiyanın xarici işlər naziri iyunda Azərbaycana səfər edəcək

Sergey Lavrovun Bakıya səfəri zamanı bir sıra regional və beynəlxalq məsələlərin müzakirəsi və nəzərdən keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 15 iyun — Sputnik. İyunun 23-24-də Azərbaycana planlaşdırılan səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev və respublikanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin nəzərdən keçirilməsi planlaşdırılır. Lavrovun Bakıya səfəri zamanı bir sıra regional və beynəlxalq məsələlərin müzakirəsi və nəzərdən keçirilməsi planlaşdırılır”, - Zaxarova da qeyd edib.
O, bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
RUSİYA
Lavrov: Qərb ölkələri birgə tanqo əvəzinə, təkbaşına breykdansla məşğul olurlar