RUSİYA

Peskov: Prezidentin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür

ÜST rəsmisi Silvi Briand ölkələr meymunçiçəyinin yayılmasına qarşı adekvat cavab tədbirləri tətbiq etməlidirlər.
Sputnik
BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov koronavirusla bağlı görülən önləyici tədbirlərin hələlik qüvvədə olduğunu açıqlayıb. O, bu barədə TASS-a müsahibəsində deyib.
O bildirib ki, dövlət başçısı Vladimir Putin üçün xüsusi ehtiyat tədbirləri görülür: "Hətta burada, əslində, məsələn, maska rejimi hələ də qüvvədədir.
Peskov meymunçiçəyi virusu ilə məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı suala cavabında bildirib ki, hələlik sanitar orqanlar tərəfindən bununla əlaqədar heç bir protokol elan olunmayıb.
O qeyd edib ki, Prezidentin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür.
Ümumdünya Səhiyyə Təşkilatının Yüksək Təhlükəli İnfeksiyalara Qlobal Hazırlıq Departamentinin direktoru Silvi Briand meymunçiçəyi epidemiyası səbəbiylə endemik dövlətlərin hüdudlarından kənarda səyahət məhdudiyyətləri tətbiq edilməsinin tövsiyə edilmədiyini bildirib.
Onun sözlərinə görə, ölkələr meymunçiçəyinin yayılmasına qarşı adekvat cavab tədbirləri tətbiq etməlidirlər və ilk növbədə, söhbət yoluxmuş şəxslərlə təmasda olunmaması, eləcə də onların təcrid olunmasından gedir.
Eyni zamanda, ÜST-ün fövqəladə hallar proqramının çiçək xəstəliyi katibliyinin rəhbəri Rosamund Lyuis qeyd edib ki, təşkilat bu virusa görə kütləvi vaksinasiyaya ehtiyac görmür.
RUSİYA
Peskov: "Onlar ilk fürsətdə bizim bazara qayıtmaq niyyətindədirlər"