BAKI, 14 iyun — Sputnik. Sabah Bakı-Sumqayıt-Bakı elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyri-iş günlərində hərəkətdə olan qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://ticket.ady.az
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətini tam bərpa edib.
Xatırladaq ki, 2022-ci ilin iş və istirahət günlərinin təqviminə görə, iyunun 15-i Milli Qurtuluş Günü, iyunun 26-ı isə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. . Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində öz əksini tapıb.