Çətinlikləri dəf edərək, nailiyyətlərə sevinərək, onlar düz on bir ildir ki, bu günə doğru addımlayırdılar. Bu uzun yolla bağlı hələ xatirələr məzunların yaddaşında ömürlük qalacaq.
Məzun adı böyük qürur, eyni zamanda böyük məsuliyyətdir. Bakı şəhəri 53 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova məzunlara müraciətində qeyd edib ki, yetkinlik yaşına qədəm qoyan hər bir məzunun borcu doğma vətəninin layiqli və vətənpərvər vətəndaşı olmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.