CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaqif Əsədov vəzifəsindən azad edilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.
CƏMİYYƏT
Vaqif Əsədov: "Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!"