HADİSƏ

Sahibsiz it "Son zəng"ə hazırlaşan 11-ci sinif şagirdinin muradını gözündə qoydu

Qızılhacılı qəsəbəsinin 17 yaşlı sakini Murad Hüseynova sahibsiz it məktəbin həyətində hücum edib və ona xəsarət yetirib.
Sputnik
BAKI, 13 iyun - Sputnik. Goranboy rayonunda məktəblini it dişləyib.
Hadisə Qızılhacılı qəsəbəsindəki 1 saylı orta məktəbin həyətində baş verib.
İt həmin məktəbin onbirinci sinif şagirdi Murad Hüseynovu ayaq nahiyəsindən dişləyib.
Yaralını valideynləri xəstəxanaya çatdırıb.17 yaşlı qəsəbə sakininə tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, M.Hüseynov Qızılhacılı qəsəbə 1 saylı orta məktəbin onbirinci sinif şagirdidir. Sabah onun "Son zəng" tədbiri olacaqdı.
Qızılhacılı qəsəbəsinin sakinləri bildiriblər ki, ərazidə sahibsiz itlər sürü halında gəzir. Bir neçə gün öncə də həmin itlər qəsəbədə bir qadını dişləmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.