BAKI, 13 iyun — Sputnik. Dünya bazarlarında neftin qiymətləri həftəyə ucuzlaşma ilə başlayıb.
ABŞ xam nefti və "Brent" markalı neft 2 faiz ucuzlaşaraq müvafiq olaraq 118 dollar və 119 dollar olub.
ABŞ-da inflyasiyanın 40 illik rekordu təzələməsi, Çində karantin tədbirlərinin yenidən artması qiymətlərin aşağı düşməsinə səbəb olub.
ABŞ-da inflyasiyaya qarşı atılacaq sərt addımların iqtisadiyyatda durğunluq yaradacağına dair gözləntilər var.
Digər tərəfdən, bir çox ölkələr Rusiyaya neft embarqosu tətbiq edərkən, emal olunmuş məhsulların istehlakı təklifi üstələyir və ehtiyatlar tükənməyə davam edir.
Ötən həftənin sonunda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,22 dollar azalaraq 128,93 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.