AZƏRBAYCAN XƏBƏRLƏRİ

Blinkenin müavini Azərbaycana gəlib

O, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.
Sputnik
BAKI, 13 iyun — Sputnik. ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald iyunun 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Büronun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə, habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir. Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Büro qanunun aliliyi, insan haqları və əsas azadlıqlar da daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya, habelə güclü, sabit, firavan və suveren dövlətlərin inkişafına təkan verir", - məlumatda qeyd edilib.
Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtona səfər edib və orada vacib görüşlər keçirib. Hikmət Hacıyev Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb. Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər.
SİYASƏT
Blinken ABŞ-ın Ermənistan və Azərbaycan arasında başlayan dialoqa münasibətini açıqlayıb