BAKI, 12 iyun - Sputnik. Rusiya qırıcıları son sutka ərzində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası üç komanda məntəqəsini və canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 25 ərazini vurub", - o, deyib.
Rusiya MN təmsilçisinin sözlərinə görə, hava zərbələri nəticəsində 150-dən çox millətçi, altı tank, beş səhra artilleriya silahı və müxtəlif təyinatlı 10 xüsusi texnika məhv edilib. Qırıcı təyyarələr Donetskin Rayqorodok və Çerkasskoe rayonlarında Ukraynanın Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub.
Konaşenkov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ötən sutka ərzində Xarkov vilayətinin Dolqenkoye rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha bir Su-25 təyyarəsini vurduğunu da söyləyib. Onun sözlərinə görə, ötən sutka ərzində Ukraynaya məxsus səkkiz pilotsuz uçuş aparatı da vurulub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.